Mahir "Astana"ya qarşı matçın start heyətində

22:19 - 21 Sentyabr 2023

Mahir \"Astana\"ya qarşı matçın start heyətində

Azərbaycan millisinin üzvü Mahir Emrelinin də çıxış etdiyi Zaqreb "Dinamo"su bu gün Konfrans Liqasının qrup mərhələsində ilk oyununa çıxacaq.

 

Manset.az xəbər verir ki, Xorvatiya təmsilçisi C qrupunda Qazaxıstan "Astana"sını qəbul edəcək. Oyun Bakı vaxtı ilə saat 23:00-da başlayacaq. 

Oyunun heyətləri açıqlanıb. Mahir ilk 11-likdə meydana çıxacaq.

"Dinamo" ilə "Astana" bu mövsüm Çempionlar Liqasının 2-ci təsnifat mərhələsində də qarşılaşıblar. Hətta cavab görüşündə Mahir Emreli baxımlı qola imza atıb. "Dinamo" 2 oyunun cəmində (4:0, 2:0) qalib gələrək 3-cü təsnifat mərhələsinə adlamışdı. Lakin Zaqreb klubu bu dəfə AEK səddini keçə bilməyib və Avropa Liqasının pley-off mərhələsində çıxış edib. Burada Praqa “Sparta”sına uduzan (3:1, 1:4) "Dinamo" Konfrans Liqasının qrup mərhələsinə vəsiqə əldə edib.

Bu qrupun digər matçında isə  "Viktoriya" (Çexiya) "Balkani" (Kosovo) ilə üz-üzə gələcək.

C qrupu

23:00. "Dinamo" (Zaqreb, Xorvatiya) - "Astana" (Qazaxıstan)

23:00. "Viktoriya" (Çexiya) - "Balkani" (Kosovo)


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
xidmet.tv
xidmet.tv