Fransa ictimaiyyətinə Qarabağdakı son vəziyyət barədə məlumat verilib - VİDEO

21:47 - 21 Sentyabr 2023

Fransa ictimaiyyətinə Qarabağdakı son vəziyyət barədə məlumat verilib - VİDEO

Azərbaycanın Fransadakı səfiri Leyla Abdullayeva “France24” telekanalının qonağı olub.

 

Manset.az xəbər verir ki, diplomat ölkə ictimaiyyətinə Azərbaycanın Qarabağ bölgəsində keçirilmiş lokal antiterror tədbirləri barədə məlumat verib.

L.Abdullayeva qeyd edib ki, Qarabağın Azərbaycanın tərkib hissəsi olduğunu BMT başda olmaqla, bütün beynəlxalq qurumlar təsdiqləyir.

Səfir başa çatan lokal antiterror tədbirlərinin Azərbaycan suveren ərazisini əhatə etdiyini diqqətə çatdırıb.


Xəbər xətti

15 Yanvar 2025

Ən son xəbərləri səhifəmizdən də izləyin