9 noyabr Azərbaycanda Dövlət Bayrağı Günüdür
9 Noyabr 2024
18:33 - 23 Sentyabr 2021
ABŞ-la Fransa arasında yaranan son böhran dünyada yeni bir xaosa yol açdığı zamanda Co Baydenlə Emmanuel Makron arasında telekonfrans keçirilib.
Manşet.az xəbər verir ki, telekonfransda ABŞ-Avstraliya-Böyük Britaniya arasında yaradılan yeni AUKUS hərbi alyansından sonra iki ölkə arasında yaranan böhranlı vəziyyət müzakirə olunub.
Co Bayden görüşlə əlaqədar sosial media hesabından yalnız gülümsədiyi fotosunu paylaşıb.
Prezidentin hesabından paylaşdığı bu fotodakı gülüşü ilə Makronun lağa qoyulduğu iddia edilib.
Paylaşımda deyilir: “Bu gün Fransa Prezidenti Emmanuel Makronla danışdım və Hind-Sakit okean bölgəsində Fransa və Avropanın iştirakının əhəmiyyətini bir daha diqqətə çatdırdım. Məsələ ilə bağlı məsləhətləşmələr prosesini davam etdirmək üçün oktyabrda onunla görüşü səbirsizliklə gözləyirəm”.
Görüş oktyabrın sonunda Avropada baş tutacaq. Bundan əlavə, Fransa səfirinin gələn həftədən Vaşinqotna dönüb fəaliyyətini davam etydirməsi barədə də razılığa gəlinib.
ölkə.az
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin