Şanlı Urfanın Karabük rayonunda meşəlik ərazidə yanğın baş verib.
Manset.az xəbər verir ki, Ovacık rayonu Geren kəndində naməlum səbəbdən meşə sahəsində yanğın baş verib.
Qayalıq və sıldırım bölgədə başlayan yanğına 2 helikopter, 11 çiləyici, 2 su təchizatı maşını, 2 buldozer, 56 yanğınsöndürən olmaqla 85 nəfər cəlb olunub.
Yanğınsöndürmə işləri davam edir.
Jalə
Manşet.az