<

Stolüstü tennisçilərimizdən Batumidə daha dörd medal

18:58 - 21 Sentyabr 2023

Stolüstü tennisçilərimizdən Batumidə daha dörd medal

Azərbaycan stolüstü tennisçiləri Gürcüstanın Batumi şəhərində keçirilən dünya seriyalı “WTT Youth Contender” turnirində daha 4 medal qazanıblar.

 

Manset.az xəbər verir ki, qarışıq-qoşa yarışlarda Adil Əhmədzadə - Mərziyyə Nurmətova və Ləman Abdulhəmidova - Tom Klosset (Belçika) cütlükləri yalnız finalda uduzaraq gümüş medala yiyələniblər.

Aylin Əsgərova - Hüseyn Eylazov və Zemfira Mikayılova - Məhəmməd Ataqul (Türkiyə) duetləri isə yarışı 3-cü pillədə başa vurublar.

Stolüstü tennisçilərimiz daha öncə 5 bürünc medal qazanıblar. Maraqlı məqamlardan biri də odur ki, təmsilçilərimiz yarış ərzində qarşılaşdıqları 8 erməni idmançısı üzərində inamlı qələbələrə seviniblər.


Xəbər xətti

4 Dekabr 2023

Ən son xəbərləri səhifəmizdən də izləyin