<

Güneyli körpəyə nəhayət doğum şəhadətnaməsi verildi

17:59 - 21 Sentyabr 2023

Güneyli körpəyə nəhayət doğum şəhadətnaməsi verildi

Türkay adlı təbrizli körpənin ailəsi 9 ay davam edən hüquqi prosedurdan sonra nəhayət ki, qız övladları üçün doğum haqqında şəhadətnamə ala biliblər.

 

Manset.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə körpənin atası Hüseyn Şirdelin məlumat verib. Onun sözlərinə görə vəkil Davud Əli Məhəmməd və Sina Yusifinin Şərqi Azərbaycan əyalətinin Qeydiyyat İdarəsi ilə hüquqi çərçivədə apardıqları  məhkəmə prosesi nəticəsində onlar sözügedən idarənin körpəyə doğum haqqında şəhadətnamə verməsinə nail olublar.

Qeyd edək ki, Güney azərbaycanlılar övladlarına türk adları vermək istəyərkən hökumət orqanları tərəfindən bir sıra süni maneələrlə üzləşirlər.

Aygün

Manşet.az


Xəbər xətti

4 Dekabr 2023

Ən son xəbərləri səhifəmizdən də izləyin