“Sistan əyalətində qum qasırğasından sonra 859 nəfər tibb mərkəzlərinə və xəstəxanalara müraciət edib”, - deyə Sistan və Bəlucistan əyalətinin Böhran İdarəetmə İdarəsinin rəisi Məcid Mohebbi bildirib.
Manset.az xəbər verir ki, bu barədə “Azad İran” telegram kanalında məlumat yayılıb.
Onun sözlərinə görə, sentyabrın 19-dan bəri əyalətin beş şəhərində davam edən qasırğa nəticəsində yüzlərlə insan tənəffüs sistemi və görmə qabiliyyətində yaranan problemlərə görə xəstəxanalara müraciət edib. Hazırda isə 50 nəfər xəstəxanaya yerləşdirilib.