"Avropa Parlamentinin Azərbaycana qarşı riyakar siyasəti qəbuledilməzdir" - Aydın Hüseynov

16:24 - 21 Sentyabr 2023

"Fransadakı və Avropadakı erməni lobbisinin əlində alətə çevrilmiş Avropa Parlamenti uzum illər Azərbaycanıa qarşı riyakar və qərəzli mövqe nümayiş etdirib, keçmiş Qarabağ münaqişəsi, Azərbaycan-Ermənistan münasibətləri ilə bağlı müzakirələrdə ermənilərin maraqlarını təmin edən fikirlər sələndirilib. Bu qurum Qarabağ problemi başa çatdıqdan sonra da Azərbaycan qarşı öz çirkin və ədalətsiz mövqeyini davam etdirib, 2023-cü ilin yanvar  ayında Avropa Parlamenti ermənipərəstliyini növbəti dəfə ortaya qoyaraq qəbul etdiyi qətnamədə yenə də anti-Azərbaycan məzmunlu bir sıra bəndlərə yer verib. Avropa Parlamentinin bu davranışları bu qurumun regionda müsbət proseslərin, sülhün deyil, məhz problemlərin tərkib hissəsinə çevrildiyi göstərir. Azərbaycanın erməni terrorizminə qarşı apardığı anti-terror əməliyyatlarını qınamaqla AP bir daha bölgədə sepratizmə rəvac verdiyini, gərginliyin artmasına təhrikedici zəmin yaratdığını göstərir. Bu isə AP-nin belə yanaşmaları ilə ilə qanunsuzluğu, ksenofobiyanı təşviq etməsinə dəlalət edir."

 

Manset.az xəbər verir ki, bu barədə Milli Məclisin depuatı Aldın Hüseynov bildirib.

Millət vəkili qeyd edib ki, Avropa Parlamentinin indiyədək Azərbaycan əleyhinə qəbul etdiyi qətnamələrin heç biri hüquqi əsasları olmayan sənədlər kimi tanınıb və bu baxımdan boş bir kağız parçasıdır. Belə qətnamələr, qarayaxma kampaniyaları hec vəchlə Azərbaycanın iradəsinə təsir göstərə, ölkəmizin qanuni hədəflərinə çatmasına mane ola bilməz. Azərbaycan xalqı 2020-ci ildə yüksək vətənpərvərlik, həmrəylik, əzm, qətiyyət nümayiş etdirərək düşməni torpaqlarımızdan qovdu və ölkənin ərazi bütövlüyünü təmin etdi.  Postmüharibə dövründə isə işğaldan azad edilmiş ərazilərdə genişmiqyaslı quruculuq-abadlıq işləri həyata keçirilir, Böyük Qayıdış planı reallaşdırılır. Azərbaycanın aydın gündəliyi var və hədəflərinə doğru inamla irəliləyir. Ancaq Ermənistanın himayə etdiyi bölgədəki separatçılar buna mane olurdu, ona görə də Azərbaycan öz legitim hüquqlarından istifadə edərək bu əməliyyatları həyata keçirdi.

Avropa Parlamenti anlamalıdır ki, artıq sepratçılar təslim olaraq bölgədə Azərbaycanın irəli sürdüyü dinc və təhülkəsiz yaşayış, reinteqrasiya təşəbbüslərini qəbul ediblər. Ona görə də yaxşı olaradı ki, onlar bu prosesə töhfə verərdi.


Xəbər xətti

5 Fevral 2025

Ən son xəbərləri səhifəmizdən də izləyin