<

"Prezident seçkilərində qalib olsam..." - Tramp yeni planlarından DANIŞDI

15:01 - 21 Sentyabr 2023

"2024-cü il prezident seçkilərində qalib gəlsəm, prezidentliyim dövründə müsəlman ölkələrinə tətbiq edilən səyahət qadağası yenidən qüvvəyə minəcək və genişləndirəcək. Həmçinin federal hüquq-mühafizə bölmələrini Meksika sərhədində yerləşdirəcəm".

 

Manset.az azxeber.com-a istinadən xəbər verir ki, bu barədə eks ABŞ prezidenti Donald Tramp Ayova ştatının Dubuke şəhərində keçirilən mitinqdə çıxışı zamanı deyib.

Prezident Co Baydenin immiqrasiya siyasətini milləti məhv edən bir fəlakət olaraq xarakterizə edən Tramp yenidən prezident seçiləcəyi təqdirdə "Eisenhower Modeli”ni mənimsəyərək ABŞ tarixinin ən böyük deportasiya əməliyyatını təşkil edəcəyini bildirib.

Qeyd edək ki, Tramp prezident seçildikdən bir həftə sonra 27 yanvar 2017-ci ildə İran, Suriya, Liviya, Yəmən, Somali, Çad və Şimali Koreyaya səyahət qadağası qoyub.

Bayden isə vəzifədə olduğu ilk həftədə imzaladığı fərmanla Trampın bəzi müsəlman ölkələrinə səyahət qadağasını ləğv edib.


Xəbər xətti

4 Dekabr 2023

Ən son xəbərləri səhifəmizdən də izləyin