<

Bu şəhərdə yaşayanlar işə üzərək gedirlər

10:20 - 21 Sentyabr 2023

Bu şəhərdə yaşayanlar işə üzərək gedirlər

İsveçrənin Bazel şəhərində yaşayan insanlar yay aylarında iş getmək üçün tez-tez üzgüçülükdən istifadə edirlər.

 

Manset.az xarici mediaya istinadən xəbər verir ki, Reyn çayını keçmək üçün seçimi üzgüçülük olan yüzlərlə vətəndaşlar Kleinbasel sahillərində paltarlarını və digər əşyalarını su keçirməyən çantalarda qoyaraq suya baş vururlar.

Yüngül axınla çayı üzüb keçən insanlar geri piyada qayıdırlar. Üzgüçülərin Wettsteinbrücke və Johanniterbrücke körpüləri arasındakı cığırdan zövq almaq üçün özlərini cərəyanla birlikdə atması lazım olduğu və çayın ümumiyyətlə tək istiqamətli olduğu bildirilib.

Aygün

Manşet.az  



Xəbər xətti

4 Dekabr 2023

Ən son xəbərləri səhifəmizdən də izləyin