Mədəniyyət naziri Fəxrəddin Hacıbəylini direktor TƏYİN ETDİ

15:37 - 23 Sentyabr 2021

Mədəniyyət naziri Fəxrəddin Hacıbəylini direktor TƏYİN ETDİ

Bülbülün Şuşadakı ev muzeyinə yeni direktor təyin olunub.

Manset.az xəbər verir ki, bu barədə mədəniyyət naziri Anar Kərimov müvafiq əmr imzalayıb.

Əmrə əsasən, vəzifəyə telejurnalist Fəxrəddin Hacıbəyli gətirilib.

Qeyd edək ki, işğal dövründə erməni vandalizminə məruz qalan ev muzeyinin bu ilin avqustun 29-da bərpa işlərindən sonra açılışı olub. Açılış mərasimində Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva iştirak ediblər.


Xəbər xətti

16 Noyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin