Gənc şair faciəvi şəkildə öldü
16 Noyabr 2024
12:03 - 23 Sentyabr 2021
Cəlilabad Rayon İcra Hakimiyyətində kadr dəyişikliyi baş verib.
Manset.az-ın əldə etdiyi məlumata görə, Rafiq Cəlilovun əmri ilə, Tahir Çarçıyev Cəlilabad Rayon İcra Hakimiyyəti başçısının köməkçisi təyin olunub. Tahir Çarçıyev bu təyinatdan əvvəl İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətində çalışıb.
Qeyd edək ki, 14 sentyabrda Prezident İlham Əliyevin sərəncamı ilə, Rafiq Əsgər oğlu Cəlilov Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin rəis müavini vəzifəsindən azad edilərək, Cəlilabad rayon icra hakimiyyətinin başçısı təyin edilib.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin