Bakıda hündür mərtəbəli binada yanğın baş verdi

21:26 - 19 Sentyabr 2023

Bakıda hündür mərtəbəli binada yanğın baş verdi

Masazırda onmərtəbəli yaşayış binasınında yanğın olub, 8 nəfər təxliyə edilib.

 

Bu barədə Manset.az-a Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib.

Bildirilib ki, Abşeron rayonunun Masazır qəsəbəsində onmərtəbəli yaşayış binasının 4-cü mərtəbəsində ümumi sahəsi 70 m² olan 2 otaqlı mənzilin yanar konstruksiyaları yanıb.

Yanğın zamanı yanğınsöndürənlər tərəfindən 8 nəfər bina sakini təhlükəsiz əraziyə təxliyə olunub. Qonşu mənzillər yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.


Xəbər xətti

14 May 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin