<

Xankəndi erməni terrorçularından təmizlənəcək! - Sinan Oğan

18:16 - 19 Sentyabr 2023

Xankəndi erməni terrorçularından təmizlənəcək! - Sinan Oğan

“Azərbaycan Qarabağda Konstitusiya quruluşunu bərpa etmək məqsədi ilə lokal antiterror tədbirlərinə başlayıb”.

 

Manset.az-ın məlumatına görə, bunu Türkiyə prezidentliyinə keçmiş namizəd Sinan Oğan tvitter sosial şəbəkəsində yazıb.

“Azərbaycanın Birləşmiş Millətlər Təşkilatı tərəfindən tanınan ərazisində “boz zonalar”  yaratmağa çalışan ermənilər bunun mümkün olmadığını başa düşməlidirlər. Türk milləti tamamilə Azərbaycanın tərəfindədir.

Xankəndi də daxil bütün ərazilər erməni terrorçularından təmizlənəcək. Zəngəzurda tarix öz axarına qayıdacaq”, - deyə Sinan Oğan yazıb.


Xəbər xətti

4 Oktyabr 2023

Ən son xəbərləri səhifəmizdən də izləyin