<

"Anti-terror əməliyatı bölgədə sabitlik və təhlükəsizliyi tam təmin edəcək" - Aydın Hüseynov

17:05 - 19 Sentyabr 2023

Xocavənddə mina terroru nəticəsində Daxili İşlər Nazirliyinin əməkdaşlarının və mülki şəxslərin həlak olması erməni terrorunun bir daha davam etdiyini, Azərbaycana qarşı bu təxribatların qarşısının alınmasında bölgədə müvəqqəti yerləşmiş Rusiya sülhməramlı kontingentinin hərəkətsizliyini və terrorçuların fəaliyyətinə açıq göz yumduğunu göstərdi. Bu hadisə 3 il əvvəl imzalanmış 10 noyabr üçtərəfli bəyanatında nəzərdə tutulmuş əsas şərtlərindən biri olan erməni silahlı qruplarının Qarabağdan çıxarılmasını təmin edilməsi üçün vacib və təxirəsalınmaz addımların atılmasını, təcili anti-terror əməliyyatının keçirilməsini labüdlşdirdi. Bu gün Azərbaycan Ordusunun başlatdığı əməliyyat da məhz başqa çıxış yolu qalmadığını, bölgədə sülhün və dayanıqlı təhlükəsizliyin təmin edilməsi, terror hadisələrinin birdəfəlik qarşısının alınması üçün yeganə yolun anti-terror əməliyyatı olduğunu təsdiqlədi.

 

Manset.az xəbər verir ki, bu barədə Milli Məclisin deputaı Aydın Hüseynov bildirib.

Onun sözlərinə görə, Azərbaycan 44 günlük tarixi Zəfərlə öz ərazi bütövlüyünü təmin etdikdən sonra torpaqlarımızda yaşayan erməniəsilli sakinlərin təhlükəsiziliyi, bölgədə sülhün təmin olunması üçün bütün imkanlardan istifadə etsə də, nə qədər sülhpərvər, və humanist siyasət yürütsə də davamlı olaraq Ermənistanın və onun Xankəndində yaratdığı qondarma rejimə tabe olan terrorçu qrupların təxribatlarına məruz qalır. Bu hərbi təxribatlar və terror aktları, xüsusilə də mina terroru nəticəsində son 3 ildə təkcə mina qurbanlarının sayı 314 nəfərə çatıb, onlardan 61 nəfər həlak olub. Ona görə də bu qanlı cinayətlərin törədənlərin birdəfəlik kökü kəsilməyincə bölgədə sülh və rifah olmayacaq. Ərazidə təhülkəsizliyi qoruyan hərbşilərin, polislərin, öz doğma yurd-yuvalarına qayıtmış dinc sakinlərin, eləcə də bu ərazilərdə fəaliyyət göstərən müxtəlif şirkətlərin əməkdaşlarına, mülki əhaliyə, habelə xarici şirkətlərin əməkdaşlarının həyatı daim təhülkədə olacaq. Məhz erməni silahlıları ərazidən çıxarılmaslı və terrorçular məhv edilməlidir.

Millət vəkili qeyd edib ki, anti-terror əməliyyatı aparan Azərbaycana heç kim irad bildirə və ya qınaya bilməz. Çünki Azərbaycan ərazilərində müvəqqəti yerləşmiş Azərbaycanın öz legitim hüquqlarından, Konstitusyon tələblərdən istifadə edir. Bütün dünyada separtizmə və terrora qarşı genişmiqyaslı əməliyyatların davam etdiyi vaxtda Azərbaycanın da eyni addımları atması günü reallığı,tarixi zərurətdir.


Xəbər xətti

3 Dekabr 2023

Ən son xəbərləri səhifəmizdən də izləyin