Qaxda iki avtomobil toqquşdu - Xəsarət alanlar var

22:46 - 18 Sentyabr 2023

Qaxda iki avtomobil toqquşdu - Xəsarət alanlar var

Qax rayonunda 2 nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.

 

Manset.az report-a istinadən xəbər verir ki, hadisə bu gün axşam saatlarında Qax-İlisu avtomobil yolunun rayonun Qaxbaş kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

"VAZ-2107" və "QAZ-24" markalı avtomobillərin toqquşması nəticəsində 1999-cu il təvəllüdlü Mirzəyev Vetxviya Çingiz oğlu və 1981-ci il təvəllüdlü Qulaşvili Mamuka Şota oğlu xəsarət alıblar.

Yaralılar Qax Rayonu Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır.


Xəbər xətti

22 Oktyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin