ABŞ-da 2020-ci il prezident seçkilərinin nəticələrinə müdaxilə etməyə cəhddə ittiham olunan Tramp 6 yanvardan danışıb.
Manset.az xəbər verir ki, Amerikanın NBC telekanalına danışan sabiq prezident vəkillərinin xəbərdarlığına baxmayaraq tərəfdarlarının Amerika Konqresinə basqın etməsi ilə nəticələnən prosesi həyata keçirdiyini bildirib.
Tramp 2020-ci il prezident seçkilərində saxtakarlığın olduğunu instinktlərinə əsaslanaraq bildiyini deyib.
Tramp ona qarşı açılan işlərə görə həbsxanaya düşməkdən qorxmadığını bildirib.
Jalə
Manşet.az