<

Peruda avtobus qəzası: 24 nəfər öldü

21:57 - 18 Sentyabr 2023

Peruda avtobus qəzası: 24 nəfər öldü

Perunun cənubunda sərnişin avtobusunun uçuruma aşması nəticəsində 24 nəfər ölüb, 21 nəfər yaralanıb.


Manset.az  ölkənin rəsmi agentliyi Andinaya istinadən xəbər verir ki, Huancayo və Huanta şəhərləri arasında hərəkət edən avtobus Ayacucho şossesində 200 metrlik uçuruma düşüb.

Bölgəyə çoxlu sayda təcili yardım və yanğınsöndürmə briqadasının göndərildiyi, yaralıların xəstəxanalara aparıldığı bildirilib.

Anco Bələdiyyə Başçısı Manuel Zevallos RPP Radiosuna verdiyi açıqlamada qəzanın baş verdiyi yolda daha əvvəl sürüşmə olduğunu və yolun baxım işlərinin aparılmadığını müəyyən etdiklərini bildirib.

Jalə

Manşet.az


Xəbər xətti

4 Oktyabr 2023

Ən son xəbərləri səhifəmizdən də izləyin