İraqın şimalında İraq Kürd Regional Rəhbərliyinin (KRH) Süleymaniyyə şəhəri yaxınlığında yerləşən Arbet hava limanına pilotsuz təyyarə ilə hücum edilib.
Bu barədə Manset.az xarici KİV-ə istinadən xəbər verir.
Dərman və kənd təsərrüfatı işləri üçün istifadə edilən hava limanına edilən hücumda 6 nəfər həyatını itirib, 3 nəfər yaralanıb.
Hadisə yerinə çoxlu sayda polis və təcili yardım briqadası göndərilb.
Hadisə ilə bağlı polis araşdırma aparır. Hələlik, hücuma görə məsuliyyəti üzərinə götürən olmayıb.
Jalə
Manşet.az