<

Ançelotti Zidanı geridə qoydu

18:36 - 18 Sentyabr 2023

Ançelotti Zidanı geridə qoydu

"Real"ın baş məşqçisi Karlo Ançelotti komandanın sabiq baş məşqçisi Zinəddin Zidanı geridə qoyub.

 

Manset.az xəbər verir ki, bu, La Liqanın 5-ci turunda "Real Sosyedad"la görüşdə qeydə alınıb. Ançelottinin komandası rəqibinə 2:1 hesabı ilə qalib gəlib. Bu, Ançelottinin "Real"la qazandığı 173-cü qələbəsi olub. 63 yaşlı mütəxəssis belə nəticə ilə komandanın sabiq baş məşqçisi Zinəddin Zidanı geridə qoyub (172).

Bu göstəriciyə görə lider 357 qələbəsi olan Miqel Munosdur.

Qeyd edək ki, Karlo Ançelotti 2021-ci ilin yayından "Real"ın baş məşqçisidir. O, daha əvvəl 2013-2015-ci illərdə Madrid klubunda eyni vəzifədə işləyib.


Xəbər xətti

3 Oktyabr 2023

Ən son xəbərləri səhifəmizdən də izləyin