Hazırda dünya ölkələri müxtəlif marşrutlar əldə etmək üçün qızğın iqtisadi və siyasi mübarizəyə başlayıblar. Hazırda Çinin müəlifi olduuğu “Bir kəmər Bir yol” qlobal marşrutunun ən rahat qollarından biri Azərbaycan ərazisi hesab edilir. Bir çox ölkələrin Azərbaycanın yaratdığı yeni reallıqlardan sonra gerçəkləşdirdiyi Zəngəzur dəhlizinin perspektivlərinə marağı daha da artır. Həmin ölkələrdən biri də dost və qardaş ölkə Macarıstandır. Macarıstan Yeni İpək Yolunun Azərbaycandan keçən Orta Dəhliz xəttinə də böyük üstünlük verir. Mərkəzi Asiyadan Xəzər dənizi və daha sonra ölkəmizdən keçən nəqliyyat marşrutlarının aktuallığından söz açan nazir ölkəmizin nəqliyyat infrastrukturunun şaxələndirilməsinə və modernləşdirilməsinin əhəmiyyətini xüsusi qeyd edir. Bu məsələ Xarici işlər naziri Ceyhun Bayramovun Macarıstana səfəri zamanı bir daha səsləndirildi. Bu barədə Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsini üzvü Aydın Hüseynov bildirb.
Manset.az xəbər verir ki, bu barədə Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Aydın Hüseynov bildirib.
Millət vəkili qeyd edib ki, Zəngəzur dəhlizi təkcə dəmir yolu, avtomobil yolu, hava nəqliyyatlı üçün deyil, eyni zamanda, enerji növlərinin bu dəhliz üzərindən ixrac edilməsi ilə bağlı Zəngəzur dəhlizi öz rolunu oynayacaq və Azərbaycanın ayrılmaz hissəsi olan Naxçıvan Muxtar Respublikasını elektrik enerjisi ilə təmin etmək üçün və oradan xarici bazarlara çıxmaq üçün və Türkiyədən sonra Avropaya çıxmaq üçün yeni bir xəttimiz olacaq. Bu dəhliz Türk dövlətlərini bir-birinə bağlayan ən strateji nəqliyyat bağlantısdır. Macarıstan Türk Dövlətləri Təşkilatının fəxri üzvü kimi layihələrdə təmsil olunur və bu baxımdan Zəngəzur dəhlizi bu ölkə üçün də xüsusi önəm daşıyır. A.Hüseynov bildirib ki, Azərbaycan və Macarıstan arasında möhkəm dostluğa, ümumi dəyər və maraqlara, habelə çoxşaxəli əməkdaşlığa əsaslanan Azərbaycan - Macarıstan münasibətləri bu gün sürətlə inkişaf edərək çoxölçülü strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib. Macarıstan şirkətləri ölkəmizdə fəaliyyəti təqdiredicidir və müxtəlif sektorlarda, o cümlədən turizm, əczaçılıq və s. sahələrdə ikitərəfli iqtisadi əlaqələrimiz getdikcə genişlənir. Ölkələrimiz bir sıra beynəlxaql platformalarda, o cümlədən Avropa İttifaqı (Aİ) ilə birgə proqramlarda sıx əlaəqlər qurub. Ölkələrimiz arasında daha da güclənən siyasi əməkdaşlıq, regional təhlükəsizlik, enerji tərəfdaşlığı hazırda yeni reallıqlar fonunda azad edilmiş ərazilərdə başlanmış layihələri də əhatə etməkdədir. Macarıstan Azərbaycanın işğaldan azad edilmiş ərazilərindəki iqtisadi potensialları, “yaşıl enerji” konsepsiyasını yüksək dəyərləndirir və bu layihələrdə təmsil olunmaq niyyətini bəyan edib.