“Bu prosesin davam etdiriləcəyinə ümid edirik” - Zaxarova

17:46 - 18 Sentyabr 2023

“Bu prosesin davam etdiriləcəyinə ümid edirik” - Zaxarova

“Rusiya Qarabağa humanitar yüklərin müntəzəm olaraq çatdırılmasının davam etdirilməsinə ümid edir”.

 

Manset.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, bunu ölkənin Xarici İşlər Nazirliyinin rəsmi sözçüsü Mariya Zaxarova deyib.

“Ümid edirik ki, Qarabağda humanitar vəziyyətin tədricən yaxşılaşması Bakı və Xankəndi arasında dialoqun başlamasına və Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşmasına dair üçtərəfli razılaşmaların icrası üzrə işlərin bərpasına şərait yaradacaq”, - deyə Zaxarova qeyd edib.


Xəbər xətti

23 Oktyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin