Fransanın Ticarət və KOBİ naziri Olivia Grequarın yüksək inflyasiya ilə mübarizə üçün etdiyi təklif ictimaiyyətdə müzakirələrə və bütün Avropada gülüş obyektinə səbəb olub.
Manset.az xarici mediaya istinadən xəbər verir ki, nazir Qrequar açıqlamasında hazır və dondurulmuş qida məhsullarının kulinariya inflyasiyasını artırdığını, lakin təzə tərəvəzlərin daha ucuz qiymətə satıldığını bildirib. Ona görə də “biz hazır yeməklər yerinə ucuz xammal bişirməyi öyrənməliyik.
Grequar inflyasiyanı azaltmaq üçün məktəblərdə aşpazlıq dərslərinin tətbiqini təklif edib.
Lakin bu təklif müxalifət partiyalarının böyük reaksiyasına səbəb olub. Müxalifətçi sosialist “Boyun əyməyən Fransa” Partiyasının lideri Jan-Lyuk Melenşon sosial media hesabında “İçməli su qıtlığı ilə üzləşəndə şərab dadmaq dərsləri alın” və “Çörək yoxdursa, tort yeyin" deyərək nazirin açıqlamalarını ələ salıb.
Aygün
Manşet.az