<

ABŞ itən yeni nəsil F-35 təyyarəsini axtarır  

14:36 - 18 Sentyabr 2023

ABŞ itən yeni nəsil F-35 təyyarəsini axtarır  

ABŞ-ın Cənubi Karolina ştatında Şimali Çarlston üzərində uçan II yeni nəsil F-35 qırıcı təyyarəsindən xəbər yoxdur.

 

Manset.az xarici mediaya istinadən xəbər verir ki, pilot saat 14:00 radələrində paraşütlə tullanaraq özünü xilas edib. Pilotun hansı səbəbdən təyyarədən atıldığı hələlik məlum deyil.

Adı açıqlanmayan pilotun xəstəxanaya yerləşdirildiyi və səhhətinin stabil olduğu bildirilib.

Pilot atıldıqdan sonra yoxa çıxan qırıcı təyyarə ilə bağlı heç bir xəbər yoxdur. Təyyarə yoxa çıxsa da, səlahiyyətlilər pilotun niyə təyyarədən tullandığını araşdırmağa davam edir.

Aygün

Manşet.az

 

 


Xəbər xətti

3 Oktyabr 2023

Ən son xəbərləri səhifəmizdən də izləyin