<

Kremldən Kadırovla bağlı AÇIQLAMA

14:12 - 18 Sentyabr 2023

Kremldən Kadırovla bağlı AÇIQLAMA

“Çeçenistan rəhbəri Ramzan Kadırovun sağlamlıq vəziyyəti Rusiya Federasiyası Prezidenti Administrasiyasının məsələsi deyil”.

 

Manset.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, bu barədə Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov jurnalistlərə açıqlamasında deyib.

O, Kadırovun xəstəxanaya yerləşdirilməsi barədə sosial şəbəkələrdə yayılan məlumatları belə şərh edib: “Hər halda Prezident Administrasiyası çətin ki sağlamlıq arayışı verə bilsin. Buna görə də deməyə sözümüz yoxdur”.

Peskov Kadırovla Putinin ötən həftəsonu görüşmədiyini də sözlərinə əlavə edib.

Xatırladaq ki, ilin əvvəlindən mediada 46 yaşlı Ramzan Kadırovun səhhətinin pis olması ilə bağlı məlumatlar yayılır. Onun onkoloji xəstəlikdən əziyyət çəkməsi iddia edilsə də, Kadırov bu barədə məlumatları təkzib edib.


Xəbər xətti

3 Oktyabr 2023

Ən son xəbərləri səhifəmizdən də izləyin