Texnologiya liderlərinin iştirakı ilə ilk süni intellekt forumu keçirildi

13:55 - 18 Sentyabr 2023

Texnologiya liderlərinin iştirakı ilə ilk süni intellekt forumu keçirildi

ABŞ-da Tesla, Meta, Google, OpenAI və Microsoft kimi nəhəng şirkətlərin yüksək səviyyəli rəhbərləri də daxil olmaqla, texnologiya liderləri süni intellekt sahəsində tənzimləmə axtarmaq üçün Konqresdə bir araya gəliblər.

 

Manset.az xarici mediaya istinadən xəbər verir ki, iclasa daxil olan Tesla və SpaceX şirkətlərinin baş icraçı direktoru Elon Mask jurnalistlərə açıqlamasında şirkətlərin təhlükəsiz və ictimaiyyətin ümumi maraqlarına uyğun hərəkətlər etmələrini təmin etmək üçün tənzimləyiciyə ehtiyac olduğunu söyləyib.

Daha sonra bağlı qapılar arxasında davam edən forumda ümumi aktiv dəyəri 6,5 trilyon olan texnoloji şirkətlərin yüksək səviyyəli rəhbərləri, senatorlar və digər iştirakçılar arasında 2 hissədən ibarət ümumilikdə 6 saatlıq müzakirə olub.

Aygün

Manşet.az

 


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az