<

Qeyri-sabit hava şəraiti nəticəsində bir-neçə rayonda yol infrastrukturuna ziyan dəyib

11:46 - 18 Sentyabr 2023

Qeyri-sabit hava şəraiti nəticəsində bir-neçə rayonda yol infrastrukturuna ziyan dəyib

Yağan güclü yağış nəticəsində yaranan sel suları Lerik, Astara, Zaqatala və Balakən rayonlarında yol infrastrukturuna və yol qurğularına ziyan vurub.

 

Manset.az xəbər verir ki, yaranmış problemlərlə bağlı məlumat daxil olan kimi dərhal ərazilərə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin xüsusi texnikaları və canlı qüvvəsi səfərbər olunub. 

Hal-hazırda yollarda hərəkətin fasiləsizliyi və təhlükəsizliyi təmin olunur, yolların və yol qurğularının bərpası istiqamətində aparılan işlər davam etdirilir.


Xəbər xətti

3 Oktyabr 2023

Ən son xəbərləri səhifəmizdən də izləyin