Milli Məclis Lüksemburq Deputatlar Palatasının qərəzli qətnaməsinə dair bəyanat yaydı
21 Noyabr 2024
00:00 - 30 Noyabr -0001
Bir sıra rusdilli teleqram kanallarında Çeçenistan Respublikasının rəhbəri Ramzan Kadırovun vəziyyətinin ağır olması barədə iddialar yayılıb.
Manset.az xəbər verir ki, xəbərlərdə onun zəhərləndiyi və xəstəxanaya yerləşdirildiyi iddia olunur.
Bəzi kanallarda isə Kadırova aid olduğu iddia edilən fotolar yayılıb. Fotoda onun xəstəxana yatağında olduğu görünür.
Ancaq Çeçenistan liderinin teleqram kanalında iddialar təkzib edilib. Kanalda Kadırovun küçədə qaçdığı görünən video paylaşılıb. O, videoda internetdə həqiqəti yalandan ayıra bilməyən hər kəsə təmiz havada gəzməyi tövsiyə edir.
Qeyd edək ki, bir müddət əvvəl Ukrayna Baş Kəşfiyyat İdarəsinin nümayəndəsi Andrey YusovKadırovun xəstəliyinin ağırlaşdığını bildirib.
“Məlumatı tibbi və siyasi dairələrin müxtəlif mənbələri təsdiqləyir. O, uzun müddətdir ki, xəstədir və söhbət sistemli sağlamlıq problemlərindən gedir”, - deyə o qeyd edib.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin