"Dünya tarixi Bakı nailiyyətinə şahid oldu" - Dövlət başçısı
24 Noyabr 2024
22:50 - 22 Sentyabr 2021
Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov norveçli dünya çempionu Maqnus Karlsenlə Şimali Makedoniyanın Struqa şəhərində keçirilən Klublararası Avropa Kubokunda üz-üzə gəlib.
Manşet.az xəbər verir ki, Məmmədyarov yerli "Alkaloid", Karlsen "Offerspill" komandasının heyətində yer alıb.
Birinci lövhədə oturan rəqiblər 69-cu dəqiqədə heç-heçəyə razılaşıblar. Azərbaycanlı qrossmeyster ağ fiqurlarla çıxış edib.
Bununla belə, "Alkaloid" 5,5:0,5 hesabı ilə qalib gəlib.
Azərbaycanı təmsil edən "Vüqar Həşimov" komandası da Fransa "Asnieres"ini eyni hesabla yenib.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin