"Zəngəzur" Avropa kubokunda yarımfinala çıxdı

23:33 - 15 Sentyabr 2023

Azərbaycanın “Zəngəzur” minifutbol komandası Bolqarıstanda təşkil edilən Avropa Kubokunda növbəti oyununu keçirib.

 

Manset.az xəbər verir ki, komanda 1/4 final mərhələsində İsrail təmsilçisi "Red Meat Tad"ıa ilə üz-üzə gəlib.

Görüşün əsas vaxtı qolsuz bərabərliklə başa çatıb. Penaltilər seriyasında rəqibini 5:4 hesabı ilə üstələyən "Zəngəzur" yarımfinala yüksəlib.

Qeyd edək ki, "Zəngəzur" bu gün pley-offda Bolqarsıtanın "Mexkit” komandasını 1:0 hesabı ilə məğlub edərək 1/4 finala çıxmışdı.


Xəbər xətti

22 Oktyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin