"Vaqner" terror təşkilatı elan edildi

18:36 - 15 Sentyabr 2023

Britaniya hökuməti Rusiyanın "Vaqner" özəl hərbi şirkətini terror təşkilatları siyahısına əlavə edib.

 

Manset.az  xəbər verir ki, bu barədə Böyük Britaniya Daxili İşlər Nazirliyinin rəsmi saytında məlumat yayılıb.

Müvafiq qərar sentyabrın 6-da Britaniya parlamenti tərəfindən qəbul edilib.

Bununla da Böyük Britaniyada "Vaqner"in fəaliyyətini dəstəkləmək cinayət sayılır. Maksimum həbs müddəti 14 ildir. Böyük Britaniyada terrorçu kimi tanınan qrupun simvollarını geymək 6,3 min dollara qədər cərimə və ya altı aya qədər həbslə cəzalandırılır.


Xəbər xətti

19 May 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin