İspaniyada ETA terror təşkilatının keçmiş lideri, “Josu Ternera” ləqəbli Xose Antonio Urrutikoetxea sənədli filmə müsahibəsində indiyədək üstü açılmamış qətlin məsuliyyətini üzərinə götürüb.
Manset.az xarici mediaya istinadən xəbər verir ki, İspaniyanın mühüm beynəlxalq film festivallarından biri olan 22 sentyabrda başlayacaq və 71-ci San Sebastian Film Festivalında nümayiş olunacaq “No me llames Ternera” (Məni Ternera adlandırma) adlı sənədli film böyük müzakirələrə səbəb olub.
72 yaşlı keçmiş ETA lideri ispaniyalı jurnalist və televiziya xadimi Jordi Evole tərəfindən çəkilən sənədli film üçün danışıb. O, Bask bölgəsinin Galdakao rayonunun keçmiş meri Viktor Leqorburunun 1976-cı ildə evinin qarşısında güllələnməsinin təşkilatçılarından biri olduğunu etiraf edib.
ETA qurbanlarının ailələri və siyasət, mədəniyyət və incəsənət dünyasının məşhur simaları da daxil olmaqla 514 nəfərin imzası ilə nəşr olunan manifestdə bu sənədli filmin festival proqramından çıxarılması istənilib.
Aygün
Manşet.az