Whatsapp-a giriş bloku xəbərdarlığı

18:03 - 14 Sentyabr 2023

Whatsapp-a giriş bloku xəbərdarlığı

Rusiya Federal İnformasiya Texnologiyaları və Kütləvi Rabitə Nəzarəti Agentliyi yeni açılan kanallarına qeyri-qanuni məlumatların daxil edildiyi təqdirdə WhatsApp-a girişin bloklana biləcəyini açıqlayıb.

 

Manset.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə Roskomnadzor tərəfindən yazılı açıqlama verilib.

Açıqlamada Rusiya qanunlarının bütün şirkətlərə şamil edildiyi bildirilib. Bəyanatda Rusiya qurumlarına və ayrı-ayrı şəxslərə də yerli təcrübələrə keçmələri tövsiyə olunub.

Buraya rusiyalı istifadəçiləri hədəfləyən mesajlaşma proqramları və sosial media şəbəkələri daxildir. Qadağan olunmuş məlumatları ehtiva edən düşmən kanalların meydana çıxması onların dərhal silinməsi tələbi və bunun edilməməsi proqramın bloklanması ilə nəticələnəcək.

WhatsApp-ın sahibi olan Meta şirkəti Rusiyada qeyri-qanuni məlumat yaydığı səbəbi ilə “ekstremist təşkilat” kimi müəyyən edilib, şirkətin Facebook və Instagram platformalarına isə keçən il giriş bloklanıb.

Aygün

Manşet.az


Xəbər xətti

19 Sentyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin