İran sərhədə qoşun yığmasını növbəti dəfə təkzib etdi

16:36 - 13 Sentyabr 2023

İran sərhədə qoşun yığmasını növbəti dəfə təkzib etdi

İran Azərbaycanla sərhədə qoşun yığılmasını növbəti dəfə təkzib edib.

 

Manset.az xəbər verir ki, bu barədə İran İslam Respublikasının Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general-leytenant Məhəmməd Hüseyn Baqeri Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənovla telefon danışığı zamanı məlumat verib.

General-leytenant M.H.Baqeri bəzi qüvvələrin ölkələrimiz arasında mövcud olan dostluq və mehriban qonşuluq münasibətlərinə xələl gətirmək məqsədilə guya İranın Azərbaycanla sərhədə canlı qüvvə və hərbi texnika toplaması, müxtəlif təlimlər həyata keçirməsi ilə bağlı yaydıqları yalan məlumatların heç bir real əsası olmadığını vurğulayıb.

Qeyd edək ki, bir neçə gün əvvəl İran İslam Respublikası Silahlı Qüvvələri Baş Qərargahının Beynəlxalq Əlaqələr və Müdafiə Diplomatiyası İdarəsinin rəisi general-mayor Məhəmməd Əhədi İranın Azərbaycanla sərhədə qoşun toplaması barədə məlumatın əsassız olduğunu açıqlamışdı.


Xəbər xətti

24 Noyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin