<

AFFA İrəvandakı təxribata görə UEFA-ya şikayət edəcək

22:46 - 11 Sentyabr 2023

AFFA İrəvandakı təxribata görə UEFA-ya şikayət edəcək

Xəbər verdiyimiz kimi, futbol üzrə Avro-2024-ün seçmə mərhələsi çərçivəsində İrəvanda keçirilən Ermənistan-Xorvatiya matçında meydan sahibləri təxribata əl atıblar.

 

Oyunun ilk hissəsinin sonlarına doğru meydanda dronla Qarabağdakı qondarma rejimin “bayrağı” uçurdulub.

Manset.az xəbər verir ki, məsələ ilə əlaqədar AFFA-nın mətbuat xidmətinin rəhbəri Elnur Məmmədli öz sosial media hesablarında paylaşım edib. O, hadisə ilə bağlı AFFA-nın UEFA-ya müraciət edəcəyini bildirib.


Xəbər xətti

24 Sentyabr 2023

Ən son xəbərləri səhifəmizdən də izləyin