Ermənistan-Xorvatiya oyununda Azərbaycana qarşı təxribat - VİDEO

21:31 - 11 Sentyabr 2023

Ermənistan-Xorvatiya oyununda Azərbaycana qarşı təxribat - VİDEO

Bu gün, sentyabrın 11-də İrəvanda Avro-2024-ün seçmə mərhələsi çərçivəsində Ermənistan Xorvatiyanı qəbul edir.

 

Manset.az xəbər verir ki, qarşılaşma zamanı yenə də ənənəvi erməni təxribatı baş verib. Belə ki, terrorçu-ermənilər meydana üzərində separatçıların əski parçası olan dron buraxıblar.

Bu, futbol matçlarında ermənilərin törətdikləri ilk təxribat deyil. Onlar hər qarşılaşmada belə təxribata əl atırlar. Amma maraqlıdır ki, Türkiyə-Ermənistan oyununda stadiona Azərbaycan bayrağının buraxılmasını qadağan edən UEFA bunu görmür və eşitmir.

Yəqin ki, kor və kardır UEFA.


Xəbər xətti

26 Dekabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin