<

ABŞ və Ermənistanın birgə təliminə İranın reaksiyası

17:20 - 11 Sentyabr 2023

ABŞ və Ermənistanın birgə təliminə İranın reaksiyası

İran Xarici İşlər Nazirliyinin sözçüsü Nasser Kenani ABŞ-Ermənistan birgə təliminə reaksiya verib.

 

Manset.az xarici mediaya istinadən xəbər verir ki, Kenaninin sözlərinə görə Vaşinqton heç vaxt regionda təhlükəsizliyi təmin etməyə cəhd etməyib.

İranın rəsmi xəbər agentliyi İRNA-nın məlumatına görə, Kenani həftəlik mətbuat konfransında gündəmlə bağlı sualları cavablandırıb.

ABŞ və Ermənistanın birgə təlimi ilə bağlı həftəlik mətbuat konfransında sualları cavablandıran Kenani qeyd edib ki, ABŞ qüvvələri heç vaxt təhlükəsizliyi təmin etməyə çalışmayıb. Getdikləri yerdə qeyri-sabitlik və təhlükəsizlik problemi yaradıblar.

Kenani bölgədəki problemlərin bölgə ölkələri tərəfindən həll edilməsi lazım olduğunu bildirib.

Qeyd edək ki, Ermənistan Müdafiə Nazirliyi sentyabrın 6-da verdiyi bəyanatda “Beynəlxalq sülhməramlı missiyalarda iştiraka hazırlıq” çərçivəsində sentyabrın 11-20-də ABŞ ilə "Eagle Partner 2023" birgə təliminin keçiriləcəyini açıqlayıb.

Aygün

Manşet.az


Xəbər xətti

4 Oktyabr 2023

Ən son xəbərləri səhifəmizdən də izləyin