Qanunsuz yolla əldə edilən meşə materialı aşkarlandı

11:13 - 22 Sentyabr 2021

Qanunsuz yolla əldə edilən meşə materialı aşkarlandı

Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən Masallı rayonu ərazisində keçirilən nəzarət tədbirləri zamanı 42-BS-592 dövlət nömrə nişanlı “Qazel” markalı nəqliyyat vasitəsilə qanunsuz meşə materialının daşındığı müəyyən olunub.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən Manset.az-a verilən məlumata görə, avtomobilin yük yerinə keçirilən baxış zamanı 4,75 m3 həcmində meşə materialı aşkar edilib.

Araşdırma zamanı qanunsuz yolla əldə edilmiş meşə materialının Lənkəran rayon sakini Rüfət Səfərov tərəfindən daşındığı və təbiətə ümumilikdə 1276 manat məbləğində ziyan dəydiyi məlum olub.

Dəymiş ziyanın məbləği cinayət tərkibi yaratdığından toplanmış sənədlər Baş Prokurorluğa göndərilib.


Xəbər xətti

16 Noyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin