Almaniyada silahlı insident - Yaralılar var

09:08 - 21 İyun 2021

Almaniyada silahlı insident - Yaralılar var

Berlində silahlı insident baş verib, nəticədə azı 3 nəfər ağır yaralanıb.

Manset.az xəbər verir ki, bu barədə “Bild” qəzeti məlumat yayıb.Məlumata görə, hadisə Veddinq rayonunda bir barın yaxınlığında baş verib. Atışma zamanı yaralananlar xəstəxanaya yerləşdirilib.

İnsidenti törədən şəxsin hələ də saxlanılmadığı bildirilir. Ərazi polis tərəfindən mühasirəyə alınıb, araşdırmalara başlanılıb.


Xəbər xətti

20 Sentyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin