<

Bu gün bu rayonlarda qaz olmayacaq - XƏBƏRDARLIQ

10:08 - 7 Sentyabr 2023

Bu gün bu rayonlarda qaz olmayacaq - XƏBƏRDARLIQ

Bu gün Bakının Xətai və Göyçay rayonlarında qaz təchizatında fasilə yaranacaq.

 

Bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyindən Manset.az-a məlumat verilib.

Bildirilib ki, bu gün saat 10:00-dan “Keşlə” Qaz Paylayıcı Stansiyada (QPS) 4 ədəd istismara yararsız siyirtmənin yenisilə əvəz olunması və “Qaz İxrac” İdarəsi tərəfindən saat 09:00-dan “Göyçay-1” QPS-də 2 ədəd istismara yararsız siyirtmənin demontaj olunaraq əvəzinə yeni siyirtmənin quraşdırılması ilə əlaqədar qaz təchizatı dayandırılacaq.

Təmir-quraşdırma işləri aparılan müddətdə Xətai rayonunun S.Vəzirov, N.Əliyev, S.Sinuşkin, Y.Səfərov, A.İsmayılov, F.Bayramov, M.Rəfibəyli, M.Mehdizadə, S.Orucov küçələrinin, Ağ Şəhər, Babək və Xocalı prospektlərinin, eləcə də Göyçay rayonunun bir hissəsinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.


Xəbər xətti

10 Dekabr 2023

Ən son xəbərləri səhifəmizdən də izləyin