Bakının bu ərazilərində avtobuslar PULSUZ İŞLƏYƏCƏK
8 Noyabr 2024
20:21 - 21 Sentyabr 2021
BMT Baş Assambleyasının 76-cı sessiyasının ümumi müzakirələri 100-dən çox dövlət və hökumət başçısının iştirakı ilə başlayıb.
Manşet.az “Report”a istinadla xəbər verir ki, dünya liderlərini salamlayan BMT-nin Baş katibi Antoniu Quterreş çıxışını xəbərdarlıqla başlayıb: "Dünyanın oyanması lazımdır. Uçurumun kənarındayıq və səhv istiqamətə gedirik. Dünyamız heç vaxt bu qədər təhdid edilməmişdi”.
A.Quterreş çıxışında koronavirus epidemiyası, qlobal iqlim dəyişkənliyi, Əfqanıstan, Efiopiya, Yəmən və digər ölkələrdəki böhranlar, insan haqlarının pozulması, elmə edilən hücumlar, peyvənd paylanmasında bərabərsizliyə qədər bir çox məsələlərə toxunub.
Baş katib Afrika əhalisinin yüzdə 90-dan çoxunun hələ də vaksinin ilk dozasını gözlədiyini deyib: “İnsanlar bərabərsizliklər qarşısında hökumətlər və qurumlar, o cümlədən BMT-yə olan etibarını itiriblər. İtirilmiş etimadın bərpası üçün BMT-nin yeni dövrə qədəm qoymasını təmin etməliyik”.
Quterreş Əfqanıstan, Myanma, Suriya, Liviya və Yəməndəki böhranın həll edilməsi ilə sülh və təhlükəsizliyin təmin ediləcəyini bildirib.
A.Quterreş ABŞ-Çin münasibətləri ilə də bağlı xəbərdarlıq edib. O, dünyanın ən böyük iki iqtisadiyyatı olan ABŞ və Çinin iqtisadiyyat, ticarət, maliyyə, texnologiya və süni zəka sahələrində iki fərqli yolu izləməsinə diqqət çəkərək münaqişənin bəla gətirəcəyini və soyuq müharibənin daha pis nəticələr verəcəyini deyib.
Sosial platformalarla bağlı narahatlıqlarını dilə gətirən Baş katib ən böyük təhlükələrdən biri kimi rəqəmsal platformaların artması və məlumatların sui-istifadə olunmasından danışıb: “Hər birimiz haqqında böyük bir məlumat kitabxanası var. Məlumatların hansı məqsədlə və kim tərəfindən toplandığını bilmək üçün biz bunun hüquqi çərçivələrinin qurulmasını tələb etməliyik”.
Bu əsrin sonuna qədər 10,9 milyard insanın dünyaya gəlməsinin gözlənildiyini deyən A.Quterreş BMT-nin “Yeni nəsillərin xüsusi nümayəndəsi” təyin olunacağını və yeni BMT Gənclik Ofisi quracağını açıqlayıb.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin