Ukrayna əks-hücuma keçdi - VİDEO

14:53 - 5 Sentyabr 2023

Ukrayna əks-hücuma keçdi - VİDEO

Ukraynada müharibə davam edir.

 

Manset.az xəbər verir ki, Baku TV-nin bu ölkədə olan əməkdaşı Mübariz Aslanov Ukraynadan son məlumatları çatdırıb.

O bildirib ki, ötən gecə Çerniqov və Sumı vilayətləri həm Rusiya, həm də Belarus ərazisindən İran dronları vasitəsilə hava hücumlarına məruz qalıb.

Həmçinin qeyd edilib ki, Donetsk, Xarkov, Xerson, Zaporojye vilayətlərinə də hücumlar olub. Məlumata görə, bütün hücum cəhdlərinin qarşısı alınıb.

O da bildirilib ki, Ukrayna ordusu son iki ayda Zaporojyedə 30 km irəliləyərək yeni əraziləri işğaldan azad edib.


Xəbər xətti

22 Oktyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin