Argentinalı ulduz karyerasını bitirdi

18:08 - 21 Sentyabr 2021

Argentinalı ulduz karyerasını bitirdi

Argentinalı ulduz Luis Skola karyerasını bitirmək qərarı verib.

Manşet.az xəbər verir ki, bu haqda Argentina Basketbol Konfederasiyası məlumat yayıb. Konfederasiya sosial şəbəkələrdəki rəsmi hesabları vasitəsilə basketbolçunun 41 yaşında karyerasını bitirdiyini açıqlayıb. Məlumatda bu sözlər yazılıb: "Bu gün Argentina basketbolu bir əfsanə ilə vidalaşdı. 22 turnir, 173 matç və 2857 xalla 22 illik milli karyerası... Bizi daha yaxşı edən və nəşələndirən müəzzəm bir karyera. Yeni yolunda uğurlar".

1999-cu ildən Argentinanın basketbol millisində forma geyinən Skola yığma ilə bərabər 2004-cü ildə Olimpiadanın qızıl medallarını qazanıb. NBA-da çıxış etmiş Skola, "Huston Rokets", "Fonex Sans", "İndiana Pasers", "Toronto Raptors" və "Bruklin Nets"də forma geyinib.

Skola, basketbol həyatına İtaliya klubu "Varese"də rəhbər olaraq davam edəcək.


Xəbər xətti

16 Noyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin