Dünyanın məşhur şousu Azərbaycanda YAYIMLANACAQ

16:18 - 21 Sentyabr 2021

Dünyanın məşhur şousu Azərbaycanda YAYIMLANACAQ

Dünyanın məşhur "Kim milyonçu olmaq istəyir?" şousu yenidən Azərbaycanda yayımlanacaq.

 

Manset.az xəbər verir ki, şou İctimai TV-də efirə gedəcək. Proqramın aparıcılığını isə dicey Fateh edəcək.

Fateh Axşam.az-a açıqlamasında bildirib ki, proqramın çəkilişlərinə artıq başlayıblar:

"Oktyabrın 3-də saat 19:30-da ilk efirimiz yayımlanacaq. Xüsusi vurğulamaq istəyirəm ki, proqram "Sony pictures television" tərəfindən verilmiş lisenziya əsasında çəkilir. Tamaşaçılar iştirakçıların necə seçildiyi ilə maraqlansalar, bildirim ki, 2 ay əvvəl anons verilmişdi. Orada əlaqə vasitələr göstərilib. Həmin seçim turu ilə seçildilər. Növbəti seçimlərə necə qatılmaq mümükündür ilk buraxılışda danışacam".

Fateh onu da əlavə edib ki, "Fatehin divanı" proqramı bu mövsüm də davam edəcək.

Qeyd edək ki, "Milyonçu" şousu illər əvvəl fəaliyyəti dayandırılmış Lider TV-də yayımlanırdı. Həmin vaxt proqrama Azər Axşam aparıcılıq edirdi.



Xəbər xətti

27 Aprel 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin