Bu gün Kəlbəcər Şəhəri Günüdür
25 Noyabr 2024
14:28 - 21 Sentyabr 2021
1954-cü ilin Xaçmaz rayonunun Nərəcan kəndində anadan olan F. Cinayət Məcəlləsinin 120.1-ci maddəsi ilə (Qəsdən adam öldürmə) təqsirli bilinərək 9 il müddətinə azadlıqdan məhrum edilib.
Öldürdüyü şəxs isə öz doğma qızıdır. Qızını (İ.) ona görə öldürüb ki…
Manset.az Oxu.az-a istinadən xəbər verir ki, F. və X. (arvadı) ailə qurublar, nikahlarından 6 övladları dünyaya gəlib. Biri qız, digərləri isə oğlan.
Qızın bəxti elə ilk ailə həyatından gətirmir, onun birinci ailə həyatı boşanma ilə nəticələnir. 2004-cü ildə İ. ikinci dəfə ilə ailə həyatı qurur. İ.-nin R. ilə nikahı onlara iki oğul övladı bəxş edir. Bakıda, Xətai rayonunda həyət evində yaşayırlar, hər şey yaxşıdır. Normal ailə həyatı 2018-ci ilin fevral ayına qədər davam edir.
Həmin ildə ərin arvadının ona xəyanət etməsindən şübhələnməsi ilə münasibətlərdə aqressiv davranışlar yaranır.
İstintaq materiallarına əsasən, ər həmin tarixdə arvadının telefonuna çoxlu mesaj və zənglərin gəldiyini, İ.-nin həmin mesajları ondan gizlətdiyini, zənglərə isə başqa otağa gedib cavab verdiyini görür.
Həyat yoldaşından telefonunu istədikdə isə o, müxtəlif bəhanələr gətirərək telefonunu ondan gizlədir.
Ər isə nəhayət fürsət tapıb arvadının telefonuna baxa bilir, şübhələrində yanılmadığına əmin olur. Görür ki, arvadına başqa kişilərdən çoxlu sayda mesajlar və zənglər gəlib. Aralarında mübahisə yaranır, ər fiziki güc tətbiq etmir, sakit şəkildə evi tərk edib gedir. Söhbət İ.-nin atasına çatır, o, arvadını götürüb Bakıya gəlir və kürəkəni ilə qızını barışdırır.
İ. üzr istəyir, bir daha belə şeylər etməyəcəyinə söz verir. R. həm İ.-ni sevdiyindən, həm də uşaqları balaca olduğundan onu bağışlayır.
Bu tempdə münasibətləri davam edir, lakin bu xoş münasibətin ömrü çox çəkmir.
Ər təxminən 2020-ci ilin avqustunda yenidən arvadının telefonuna çoxlu zənglər və mesajlar gəldiyini hiss edir.
Həyat yoldaşı hamamda olduğu zaman döşəyin altından onun telefonunu tapıb götürür. Telefondakı məlumatlarla tanış olduqda onun çox sayda kişilərlə açıq-saçıq söhbətlər etdiyini, həmin şəxslərlə ünsiyyətdə olduğunu görür, həmin yazı və məlumatları onun telefonundan öz telefonuna ötürür.
İ. hamamdan çıxdıqdan sonra ər onu sual yağışına tutur. Qadın cavabında ərinin ünvanına nalayiq sözlər işlədir.
R. yenə də zora əl atmır, uşaqlarını da götürüb anasıgilə gedir. Vəziyyət barədə qayınatasını da məlumatlandırır.
R. bu müddətdə qaynına da xəbər verir, ona yazışmaların mətnini göndərir.
İ.-nin atası Bakıya gəlir, qızının evinə gedir, normal danışırlar. İ. ərinə xəyanət etmədiyini deyir. Bir gün keçdikdən sonra, 2020-ci ilin dekabrın 30-da qızına israr edir ki, ağlını başına yığsın və ərinə geri qayıtsın.
Qız isə atasına pis cavab verir, ona “alçaq”, “vicdansız” deyərək təhqir edir, “mənim işimə burnunu soxma, nə istəyirəm edirəm” deyir. Ata qızının ərinə xəyanət etdiyinə əmin olur, əsəbiləşir, səbrinin daşdığını görür, qızını öldürmək qərarına gəlir.
Dəhlizdə yerdən dəmir materiallı idman qantelini götürüb mətbəxə keçir, arxadan İ-nin başının ənsə nahiyəsindən bir dəfə vuraraq yerə yıxır.
Niyyətini başa çatdırmaq üçün hərəkətlərini davam etdirib sinəsində oturaraq əlləri ilə boğur.
Qəsdən qızını həyatdan məhrum edir və könüllü şəkildə polisə təslim olur.
F. haqqında Bakı Ağır Cinayətlər Məhkəməsi 2021-ci ilin 24 sentyabrında hökm çıxarıb.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin