“WhatsApp” profillərində SMS çətinliyi ilə üzləşənlərə müjdə - FOTO

15:04 - 1 Sentyabr 2023

“WhatsApp” profillərində SMS çətinliyi ilə üzləşənlərə müjdə - FOTO

“WhatsApp”da istifadəçilərin yeni mühafizəsi sistemi hazırlanıb. Belə ki, mesencerdə artıq elektron poçt ünvanı ilə autentifikasiya mümkün olacaq.

 

Manset.az oxu.az-a istinadən xəbər verir ki, elektron poçt “WhatsApp” hesabına daxil olmaq üçün alternativ yol kimi istifadə olunacaq. Qeyd olunur ki, ünvan kontaktlar və həmsöhbətlər üçün görünməyəcək.

Bununla belə yeni istifadəçilər mesencerdə telefon nömrəsi ilə qeydiyyatdan keçməlidirlər.

Funksiya hesablarına daxil olmaqda çətinlik çəkən və SMS vasitəsilə 6 rəqəmli kod almadığı üçün “WhatsApp”a daxil ola bilməməkdən şikayət edən istifadəçilər üçün faydalı ola bilər.

O da vurğulanır ki, bu autentifikasiya metodu könüllüdür, əvvəlki kimi SMS vasitəsilə hesaba daxil olmaq da mümkündür.

Funksiya hələ inkişaf mərhələsindədir, ancaq “beta” versiyasının bəzi istifadəçiləri üçün əlçatandır. Yeniliyin bütün istifadəçilər üçün nə vaxt təqdim ediləcəyi açıqlanmayıb.


Xəbər xətti

4 May 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin