Bu gün Kəlbəcər Şəhəri Günüdür
25 Noyabr 2024
11:10 - 21 Sentyabr 2021
Bakının Sabunçu rayonunda ər və arvad bıçaqlanaraq ağır xəsarətlər alıblar.
Manset.az APA-ya istinadən xəbər verir ki, hadisə Nardaran qəsəbəsində baş verib.
1949-cu il təvəllüdlü Əliyev Müzəffər Gülhüseyn oğlu və onun həyat yoldaşı, 1962-ci il təvəllüdlü Əliyeva Kəklik Ağasalah qızı kürəkənləri tərəfindən əvvəlcə döyülüblər.
Daha sonra kürəkən qayınanasına 6, qayınatasına isə üç bıçaq xəsarəti yetirib. Yaralılar ağır vəziyyətdə xəstəxanaya çatdırılıb.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin