Azərbaycanın sabiq millət vəkili vəfat etdi - FOTO
23 Noyabr 2024
09:54 - 25 Avqust 2023
İctimai və dövlət maraqlarının qorunması hər bir toplum üçün həyati və daim aktuallığını qoruyan məsələlərdən biridir. Ölkəmiz üçün ictimai və dövlət maraqlarının təmin olunması məsələsi prioritet və fundamental əhəmiyyət kəsb edir. Dövlət və cəmiyyət maraqlarının mükəmməl vəhdəti, qarşılıqlı tamamlanması üçün düzgün istiqamət və uğurlu model seçilib. İctimai və dövlət maraqlarının təhlükəsizliyi və təbliği ən önəmli şərtlərdəndir.
Mövzu ilə bağlı Manset.az-a deputat Ceyhun Məmmədov bildirib ki, ümumiyyətlə, cəmiyyətin inkişafında hər iki tərəf məsuliyyət daşıyır.
Ceyhun Məmmədov qeyd edib ki, dövlət maraqları və ictimai dəyərlərin qorunmasında yalnız qarşılıqlı vəhdəd olduğu təqdirdə qarşımıza qoyduğumuz məqsədlərə nail ola bilərik:
“İctimai və dövlət maraqlarının qorunması məsələsində hər bir tərəf öz üzərinə düşəni etməsə biz inkişafa nail ola bilmərik. Bu gün Azərbaycan dövləti öz üzərinə düşəni edir. Vətəndaşlar da dövlətin yanında olmalı, onun siyasətini dəstəkləməli və dövlətin müəyyənləşdirdiyi qanunlara əməl edərək prosesə öz töhfəsini verməlidir. Vətəndaşlar əxlaq normalarına və ictimai mənafeyə zərər vuracaq addımlar atmamalıdır. İctimaiyyət bu cür məsələlərə həssas yanaşmalıdır. Təəssüf ki, biz bəzən daha çox “dövlət mənə nə edib?” sualına veririk. Amma biz “dövlət üçün nə etmişik və nə etməliyik?” sualını çox az vətəndaş özünə verir. Dövlət ictimai asayişi təmin edir, maraqlarımızı qoruyur. Həmçinin, xaricdə yaşayan azərbaycanlılar vətənə bağlılıqlarını iitirməməlidirlər. Xaricdə yaşayan azərbaycanlılar bu bağlara sahib çıxmalıdır. Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması, erməni yalanlarının ifşası istiqamətində çalışmalıdılar. Onlar öz övladlarını vətənə bağlılıq tərbiyəsində böyütməlidirlər”.
Ceyhun Məmmədovun sözlərinə görə media dövlətçiliyin qorunması və maarifləndirmə prosesində fəal iştirak etməlidir:
“Dövlət və cəmiyyət maraqlarının müdafiəsi məsələsində hazırda ən çox dəstək verəcək qurumlardan biri bizim mediamızdır. Bu məsələlərdə mediamızın üzərinə böyük yük düşür. Əslində, media cəmiyyətin güzgüsüdür. Buna görə də diqqətli olmalı və ciddi həssaslıq nümayiş etdirməlidir. Bu gün Azərbaycanda senzura yoxdur. Bu, Ulu Öndərin o vaxt qəbul etdiyi çox mühim qərara əsasən belədir. Amma bu o demək deyil ki, media istənilən xəbəri yaya bilər. Hesab edirəm ki, medianın özündə də bununla bağlı daxili senzura olmalıdır. Media ancaq şou axtarışında olmalı deyil. Media dövlətçiliyin qorunması istiqamətində addımlar atmalı və vətəndaşların bu ruhda tərbiyə olunmasında öz thöfəsini verməlidir. Mediamız əsas istiqamət olaraq dəyərlərimizin qorunması, təbliği və vətəndaşların qanunvericiliyin tələblərinə əməl edilməsi istiqamətində maarifləndirmə işində fəal iştirak etməlidir”.
Sosial Tədqiqatlar Mərkəzinin Sektor müdiri Tural İsmayılov isə qeyd edib ki, özəlliklə, informasiya mübadiləsi dövründə ictimai və dövlət maraqlarının qorunması kontekstində ixtisasından və peşəsindən asılı olmayaraq bütün vətəndaşlarımızın üzərinə böyük məsuliyyət düşür:
“Azərbaycanda ictimai və dövlət maraqlarının qorunması üçün böyük maarifləndirmə kampaniyası həyata keçirilir. Bu günə qədər dövlətin vətənpərvərlik ideogiyasının gənclər arasında təbliğatı yönündə kifayət qədər böyük addımlar atılıb. Bu gün istər orta mərktəblərdə, istər ali məktəblərdə tədris sistemində azərbaycançılıq ideologiyasının təbliği, vətənpərvərlik ruhunda gənclərin tərbiyəsi əsas siyasi xəttlərdən biridir. Dövlətin bu sahədə apardığı maarifləndirmə işləri nəticəsində bu gün müxtəlif idealoji mövqelərdə olmağından asılı olmayaraq Azərbaycan gəncləri Vətənin ərazi bötüvlüyü uğrunda dövlətin ətrafında birləşdilər. Bu gün Qarabağda yenidən qurma işlərində xalq və dövlət birliyinin ən bariz nümunəsini görürük. Eyni zamanda ictimai və dövlət maraqlarının qorunması üçün vətəndaşların üzərində hələ də məsuliyyət var. Məsuliyyət ondan ibarətdir ki, özəlliklə, sosial şəbəkələr dövründə sosial medianın imkanlarından istifadə edərək Azərbaycanın əleyhinə dezinformasiya və feyknew təbliğat aparan qüvvələrin yanlış addımlarını puç etmək lazımdır. Ölkəmizə qarşı informasiya terroru həyata keçrənlərə qarşı ayıq-sayıq olmalıyıq. Media savadlılığı və sosial mediadan istifadə bilgilərinin daha da dərinləşdirilməsinə ehtiyac var. Buna görə bu məsələlərdə bilgili olan vətəndaşlarımızın digər vətəndaşlarımıza təsir göstərməsi, təbliğat aparması mütləq şəkildədir. Həmçinin, sosial medianın aktiv istifadəçisi olan azərbaycanlı bloger və influnserlərin ümümxalq maraqları naminə ölkəmiz əleyhinə xaricdən başladılan kampaniyaları gördükdə mütləq buna adekvat reaksiya verməsi lazımdır. Yəni hər şeyi dövlətdən gözləmək olmaz”.
6.3.4. ictimai və dövlət maraqlarının müdafiəsi;
Əfsanə Rəcəb
Bu yazı Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanıb.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin