"Türkiyə yığmasına sürpriz etmək istəyirdim" - Vladimir Petkoviç

23:08 - 20 İyun 2021

"Düşünürəm ki, meydana ən yaxşı komandanı buraxmışdım. Əlbəttə, dəyişiklik etmişdim. Türkiyə yığmasına sürpriz etmək istəyirdim. Bunu bacardığımız üçün fəxr edirəm".

Manset.az xəbər verir ki, bu fikirləri İsveçrə millisinin baş məşqçisi Vladimir Petkoviç Türkiyə yığmasına 3:1 hesabı ilə qalib gəldikləri AVRO-2020-nin A qrupunun sonuncu - III tur matçından sonra mətbuat konfransında deyib.

58 yaşlı mütəxəssis qrup oyunları zamanı çox səfər etdiklərini bildirib: "Futbolçularıma təşəkkür edirəm. Heç biri uzun səfərlərdən şikayətlənmədi. Çox nikbinəm. Ümid edirəm ki, 1/8 finalda olacağıq".

Petkoviçin sözlərinə görə, oyun vaxtı xüsusi hisslər keçirməyib: "Hamımız matça köklənmişdik. Düzdür, 3 qol vurduq. Amma bir çox şansdan istifadə edə bilmədik. Əla olmasa da, yaxşı oyun idi. Sabah Bakıda məşqimiz olacaq. Bundan sonra Romaya gedəcəyik".


Xəbər xətti

23 Noyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin