"Dünya tarixi Bakı nailiyyətinə şahid oldu" - Dövlət başçısı
24 Noyabr 2024
21:17 - 20 Sentyabr 2021
Futbol üzrə Azərbaycan Premyer Liqasında IV tura yekun vurulub.
Manset.az-ın məlumatına görə, turun son oyununda "Qarabağ" "Sumqayıt"ı qəbul edib.
"Azərsun Arena"da keçirilmiş qarşılaşma Ağdam təmsilçisinin 2:0 hesablı qələbəsi ilə yekunlaşıb. Görüşdə hər iki qolu Filip Ozobiç vurub. Azərbaycan millisinin yarımmüdafiəçisi əvvəlcə 42-ci dəqiqədə penaltidən fərqlənib. 30 yaşlı futbolçu görüşün əsas vaxtına əlavə olunmuş 5-ci dəqiqədə isə son nöqtəni qoyub.
Bu nəticədən sonra xallarının sayını 10-a çatdıran "Qarabağ" "Qəbələ" ilə 1-2-ci yerləri bölüşdürür. "Sumqayıt" isə 6 xalla 5-ci sıradadır.
Qeyd edək ki, IV turun ilk oyun günündə "Qəbələ" evdə "Səbail"i 5:0 hesabı ilə darmadağın edib, "Zirə" "Sabah"la sülh bağlayıb - 1:1. Ötən gün baş tutan matçda isə "Neftçi" "Keşlə"nin qapısından 3 cavabsız top keçirib.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin